Avtomobil dərəyə aşıb Goranboyda

Avtomobil dərəyə aşıb  Goranboyda

Goranboyda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Borsunlu kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb. 

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər yaralı vəziyyətdə olan sürücü və sərnişini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 02:38-də başa çatıb.

Aktual.az

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR