Avtomobil aşdı - Sürücünün boynu qırıldı

Avtomobil aşdı - Sürücünün boynu qırıldı

Tovuz rayonunun Öysüzlü kəndində sürücünün boyun nahiyəsinin qırılması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Quliyev Zülfüqar Etibar oğlu idarə etdiyi "VAZ" markalı avtomobili yol kənarına aşırıb.
Maşının bir neçə dəfə dövrə vurması nəticəsində sürücü qapalı kəllə-beyin travması alıb. Onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanada məlum olub ki, Z.Quliyevin boyun sümüyü sınıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR