""Xaliq Faiqoğlu" nəqliyyat şirkəti Bakının marşrut avtobuslarında müşahidə kameraları quraşdırmağa başlayıb".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Füzuli Sadıqov deyib.
Onun sözlərinə görə, hazırda 61 və 65 nömrəli marşrutlarda müşahidə kameraları quraşdırılıb: "Müşahidə kameralarının quraşdırılması mərhələli şəkildə aparılacaq".