BNA avtobuslarda gediş haqqlarının artırılması məsələsinə münasibət bildirdi
Sosial şəbəkələrdə ictimai nəqliyyatda gediş haqqının artacağı barədə tez-tez yazılır və bu, şəhər sakinlərini narahat edir.
Məsələyə münasibət Bakı Nəqliyyat Agentliyindən gəldi. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev İstiPress-ə açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. O qeyd edib ki, "Bakı şəhərində sərnişin avtobuslarında gediş haqlarının artırılması ilə bağlı BNA hər hansı bir təkliflə çıxış etməyib və bu məsələ BNA-nın gündəliyində yoxdur.
Aktual.az
Xəbər 418 dəfə oxunub.