Avtobuslar qışa hazırdırmı?

Avtobuslar qışa hazırdırmı?

Bakıda sərnişindaşıma sahəsində monitorinqlərə başlanılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, monitorinqlərin aparılmasının əsas məqsədi payız-qış mövsümündə avtobusların sərnişindaşımada fasiləsiz işini təmin etməkdir.

Mindən çox avtobusda seçmə üsulla monitorinqlər keçirildiyini deyən Ş.Mehmanqızı qeyd edib ki, ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var: “Oktyabr ayında da belə monitorinq keçirilib. Həmin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində çatışmazlıqlar aşkar olunub. Amma bu çatışmazlıqların qısa zamanda aradan qaldırılması üçün xüsusi tapşırıqlar verilib. Hazırda bu istiqamətdə işlər aparılır”.

Monitorinqlərə xüsusi komissiyalar tərəfindən nəzarət edildiyini vurğulayan qurum rəsmisi bildirib ki, soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılır: “Təlimatlarda məqsəd mürəkkəb sürücülərə çətin şəraitində və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır. Sürücülər avtobusların idarə edilməsi zamanı təhlükəsizlik qaydalarına çox diqqətlə riayət etməlidirlər”.

Qeyd edək ki, bütün bu tədbirlər "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC tərəfindən həyata keçirilir.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR