Hindistanın Madxya Pradeş ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 20 nəfər ölüb, 17 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Çoti Makxan yaşayış məntəqəsinin yaxınlığında baş verib. Salonunda 38 sərnişinin olduğu avtobus yük maşını ilə toqquşub.
Qəzanın səbəbləri hələlik məluma deyil. Hadisə yerinə xilasetmə qurumlarının əməkdaşları cəlb olunub.
Aktual.az