Sumqayıt şəhərində sözləri çəp gələn avtous sürücüsü ilə sərnşinin davası ölümlə nəticələnib.
Aktual.az xəbər verir ki, ötən gün Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Şəhər sakini, sürücü Səmid Ağayev idarə etdiyi "Hyundai" maralı avtobusunda Laçın rayon sakini Bəhruz Babayev tərəfindən bıçaqnaıb.
DİN-dən verilən məlumata görə, sürücü bıçaqlanan an sükan arxasında olub. İdarəetməni itirən Səmid Ağayev Qürbət Əsədovun sürdüyü "Mercedes" markalı avtomobil ilə toqquşub.
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, xəsarət alan şəxsə kömək etmək mümkün olmayıb. Belə ki, S.Ağayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Bəhruz Babayev isə Sumqayıt ŞPİ 1-ci PB əməkdaşları tərəfindən saxlanılıb.