Bakıda sərnişin avtobusu yolun kənarında dayanmış gənci vurub.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə AMEA-nın Mərkəzi Nəbatat Bağının (Botanika bağı) önündəki avtobus dayanacağının qarşısında baş verib. Paytaxtın Badamdar qəsəbəsindən şəhərin mərkəzi istiqamətinə hərəkət edən 5 saylı marşrut avtobusu dayanacaqdakı 20-21 yaşlı oğlanın bir ayağının üstündən keçib.
Xəsarət alan gənc yaxınlıqdakı poliknikaya çatdırılıb.