Avtobusun kanala aşması nəticəsində 35 nəfər ölüb

Avtobusun kanala aşması nəticəsində       35 nəfər ölüb

Misirdə avtobusun kanala aşması faciə ilə nəticələnib.


APA-nın “Al-Dustour” saytına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 35 nəfərin öldüyü açıqlanıb.

 

Avtobus özəl tikinti şirkətinin işçilərini daşıyırmış. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. İlkin ehtimal kimi qəzaya yüksək sürət həddinin səbəb olduğu deyilir.

 

Yerli polisin bildirdiyinə görə, avtobus dairəvi yolda hərəkət zamanı idarəetmədən çıxaraq estakadadan kanala aşıb.  

 

Ölü sayının artacağı gözlənilir. Məlumata görə, avtobusda 56 nəfər olub.


Xəbər 853 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR