Avstriya İtaliya ilə sərhədə qoşun yığır - SƏBƏB

Avstriya İtaliya ilə sərhədə qoşun yığır - SƏBƏB

Avropada davam edən qaçqın böhranı ilə əlaqədar ölkələr arasında gərginlik artır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Avstriya hökuməti İtaliyadan keçib gələn miqrantların qarşısını almaq üçün sərhəd bölgəsinə qoşun cəlb edir.

Artıq Brenner sərhəd-keçid məntəqəsinə 4 zirehli maşın cəlb edilib.

Bundan başqa, növbəti 3 gün ərzində 750 hərbçinin bölgəyə yeridiləcəyi bildirilir.

Bununla əlaqədar olaraq, Avstriyanın İtaliyadakı səfiri izahat üçün Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Aktual.az
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR