Avstriya Avropa İttifaqının sərhədlərini bağlamağı tələb edir

Avstriya Avropa İttifaqının sərhədlərini bağlamağı tələb edir

“Avropaya nəzarətsiz keçməyin mümkün olduğu vaxt ötdü”.

Avstriyanın xarici işlər naziri Sebastyan Kurts qaçqınların gəldiyi yeni marşrutların peyda olmasının qarşısını almaq üçün sərhədlərdə nəzarəti gücləndirməyi tələb edib.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, Kurts bu barədə Bild am Sonntag-a müsahibəsində bildirib.

“Sərhədlər bağlı qalmalıdır”, - deyə, Kurts bildirib.

Onun sözlərinə görə, sərhədlərin qanunsuz keçilməsinin qarşısını almaq olmur, buna görə də, qeyri-qanuni miqrantların Avropaya gələn bütün yollarını bağlamaq lazımdır. Nazir əlavə edib ki, sərhədləri yalnız Avropa İttifaqına miqrant axını dayandıqdan sonra yenidən açmaq olar.

Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR