Avstraliyalı deputatlar Gəncədə

Avstraliyalı deputatlar Gəncədə

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki,Avstraliya parlamentinin üzvü, Avstraliya-Azərbaycan dostluq qrupunun sədri Luke Simpkinsin rəhbərliyi ilə nümayəndə heyəti Gəncədədir.

Nümayəndə heyətini Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mehribanlıqla qarşılayıb. O, Azərbaycanla Avstraliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndiyini, səmimi münasibətlərin ölkələrimizə uğur və fayda gətirdiyini diqqətə çatdırıb. Sonra bəşəriyyətə Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi kimi böyük şəxsiyyətlər bəxş etmiş Gəncənin qədim tarixi, sosial-iqtisadi və mədəni inkişafı haqqında məlumat verib.

Nümayəndə heyətinin rəhbəri Luke Simpkins bildirib ki, Azərbaycana səfərin qrafiki intensivdir. Yalnız paytaxt ilə deyil, həmçinin Gəncə ilə tanış olmaq, hər iki ölkənin bölgələri arasında əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olsalar da başlıca məqsəd 1 noyabr Milli Məclisə seçkiləri müşahidə etməkdir. Luke Simpkins onu da vurğulayıb ki, Azərbaycana ikinci gəlişi olsa da, burada seçkiləri ilk dəfə müşahidə edəcək. Eyni zamanda, qonaqlar ermənilər tərəfindən işğal olunmuş ərazilərdən qaçqın və köçkün düşmüş insanlarla görüşəcək, onların məskunlaşdığı şəhərciklərdə olacaqlar. Nümayəndə heyətinin ayrı-ayrı üzvləri Gəncənin iqtisadi və sənaye potensialı, kənd təsərrüfatının inkişafı ilə maraqlanacaqlar. Onlar ADAU-da olacaq, aqrar sahədə bir sıra yeniliklərlə, elmi tədqiqatlarla tanış olacaqlar.

Nümayəndə heyətinin üzvləri bu gün Gəncənin muzeylərini, Məhsəti Mədəniyyət Mərkəzini və görməli yerlərini gəzəcəklər. Sonda Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Avstraliyanın nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub.

Xəbər 579 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR