Avrozonanın xarici ticarət balansında profisit yarandı

Avrozonanın xarici ticarət balansında profisit yarandı
  • DÜNYA

İyun ayında Avrozonada xarici ticarət profisiti 22,3 milyard avro təşkil edib.
Aktual.az Avropa Statistika Bürosunun ("Eurostat”) məlumatına istinadla xəbər verir ki, iyunda Avrozonada ixracın dəyəri ötən illə müqayisədə 6,3 faiz azalaraq 236,7 milyard avro olub. İdxalın dəyəri isə 8,6 faiz azalaraq 214,4 milyard avro təşkil edib.
Hesabat ayında Avropa Birliyində (AB) ixrac 212,3 milyard, idxal isə 191,4 milyard avro olub. İyunda AB dövlətlərindən ən çox məhsul idxal edən ölkələrin ilk üçlüyündə ABŞ (44,6 milyard avro), İngiltərə (28 milyard avro) və Çin (19,1 milyard avro) qərarlaşıb. AB-yə ən çox məhsul ixrac edən ölkələr isə Çin (39,7 milyard avro), ABŞ (25,9 milyard avro) və İngiltərə (14,1 milyard avro) olub.

Xəbər 176 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR