Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar.
İctimai Televiziyadan
Aktual.az- verilən xəbərə görə, Azərbaycanı bu il Avroviziyada təmsil edən Tural və Turan əkiz qardaşları - TuralTuranX artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər.
Əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.
Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
Qeyd edək ki, Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.
Xəbər 951 dəfə oxunub.