“Avroviziya” şərhçimiz bəlli oldu

“Avroviziya” şərhçimiz bəlli oldu

"Avroviziya-2024”​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq.
Aktual.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən məlumat verilib.
O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.
Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-də və 9-da, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı "Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.
Xəbər 3925 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR