Avroviziya-2024 mahnı müsabiqəsinin qalibi, İsveçrə təmsilçi NEMO İsrailin müsabiqədə iştirak etməsinə etiraz olaraq, mükafatından - kristal mikrofondan imtina edib.
Aktual.az xəbər verir ki, bu barədə ifaçı özünün sosial media hesabında məlumat yayıb.
O, İsrailin müsabiqədə iştirakını inklüzivlik və ləyaqət prinsiplərinə zidd adlandıraraq mükafatını geri qaytaracağını açıqlayıb.
Qeyd edək ki, İsrailin Avroviziya-2026-da iştirakına etiraz olaraq, İspaniya, Niderland, İrlandiya, Sloveniya və İslandiya müsabiqədən imtina ediblər.
Xəbər 55 dəfə oxunub.