"Avroviziya-2015"-in ikinci yarımfinalı İTV-də yayımlanacaq


2007-ci ildən Avropa Yayımları Birliyinin üzvü olan Azərbaycan İctimai Telelvizya və Radio Yayımları Şirkəti  həmin ildən Avroviziya mahnı müsabiqəsini yayımlamağa başlayıb. İTV ölkəmizdə bu müsabiqənin  yeganə yayımçısıdır və yayım hüququ müvafiq beynəlxalq sənədlərə əasaslanır. 
 
Mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində insanların faciəli şəkildə həlak olmalarını nəzərə alaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il Avstriyada keçirilən Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalını yayımlamamaq qərarı verdi.
 
Müsabiqə davam edir və İctimai Televiziya və Radio Yayımları Şirkəti müsabiqənin bu günə nəzərdə tutulan ikinci yarımfinalını yayımlamaqla üzərinə götürdüyü beynəlxalq öhdəliyə və imzalanmış müqavilə şərtlərinə əməl etməyə borcludur.
 
“Wiener Stadthalle” arenasında keçiriləcək gecədə 17 ölkənin təmsilçisi səhnəyə çıxacaq. Azərbaycan təmsilçisi Təmsilçimiz Elnur Hüseynov bu gün 11-ci çıxış edəcək. O, “Hour of the Wolf” mahnısını səsləndirəcək. 
 
Aktual.az
Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR