Yaxın gələcəkdə Avropanı yeni təlatümlər gözləyir.
Aktual.az axar.az-a istinadla xəbər verir ki, bunu İtaliya mətbuatına müsahibəsində amerikalı milyarder Corc Soros söyləyib.
Onun sözlərinə görə, yeni böhranlar miqrantlarla bağlı olacaq:
“Miqrasiya böhranının durğunluq dövrü keçirməsi müvəqqətidir. Tezliklə, qaçqınların sayı yenidən artacaq. Onların avropalılara münasibəti pisləşəcək. Avropa Birliyi miqrant problemi ucbatından ölümcül təhlükə ilə üz-üzədir. Bunu qısa zaman ərzində həll etmək lazımdır. Türkiyədə hakimiyyət çevrilişinə cəhd qeyri-müəyyənliyi artıracaq və Brüssellə Ankara arasında razılaşmanı çətinləşdirəcək”.
Aktual.az