Avropada yeni terror aktları olacaq – Dövlət Departamenti

Avropada yeni terror aktları olacaq   – Dövlət Departamenti

ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

AzVision.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.

“Terrorçu qruplaşmalar qısamüddətli perspektivdə bütün Avropa məkanında terror aktları törətməyi planlaşdırırlar, onların hədəfi idman tədbirləri, turizm obyektləri, restoranlar və nəqliyyatdır”, - deyə Departamentin yaydığı məlumatda qeyd olunur.

ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı məkanlarda və ictimai nəqliyyatda ehtiyatlı olmaq tövsiyə olunub: “Dini bayramlar, hər-hansı böyük festival və tədbirlər zamanı çox ehtiyatlı olun, çalışın insanların kütləvi toplaşdığı yerlərdən aralı olun”.

Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR