Avropada yenə terror olacaq – Baş nazir

Avropada yenə terror olacaq   – Baş nazir
  • DÜNYA

Fransa paytaxtı Parisdə həyata keçirilən terror aktları əvvəlcədən planlaşdırılıb və Avropanın digər ölkələrində də yeni terror aktları törədilə bilər.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fransa baş naziri Manuel Vals bildirib.

Hökumət başçısı, həmçinin təsdiqləyib ki, ötən gün bütün ölkə ərazisində anti-terror əməliyyatları keçirilib.
Əməliyyatlar Tuluza, Qrenbol, Jemon və Bobin şəhərlərində keçirilib. Polis Tuluza şəhərində üç nəfəri həbs edib.

Qeyd edək ki, noyabrın 13-ü Fransa paytaxtı Parisdə törədilən silsilə terror aktları nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Fransa Prezidenti Fransua Olland 2005-ci ildən sonra ilk dəfə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və sərhədlərin bağlandığını bildirib.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR