Dünyaca məşhur "TripAdvisor" şirkəti 2016-cı ildə Avropada sürətlə inkişaf edən ən turistik 10 şəhərin siyahısını açıqlayıb.
Aktual.az sey-yah.com-a istinadən xəbər verir ki, qiymətləndirmə zamanı müştərilərin otel, restoran və əyləncə xidmətləri ilə bağlı yazdığı şərhlər əsas götürülüb. Həmçinin şəhərlər üzrə otel və aviabilet rezervasiyaları da nəzərə alınıb.
Siyahıda ilk sırada İspaniyanın Las Palmas de Gran Kanariya şəhəri, ikinci yerdə isə Gürcüstanın paytaxtı Tbilisi qərarlaşıb. İlk üçlüyü İspaniyanın Malaqa şəhəri tamamlayıb.
2016-cı ildə Avropada sürətlə inkişaf edən ən turistik 10 şəhərin siyahısını təqdim edirik:
1. Las Palmas de Gran Kanariya, İspaniya
2. Tbilisi, Gürcüstan
3. Malaqa, İspaniya
4. Kiyev, Ukrayna
5. Kalininqrad, Rusiya
6. Vrotslav, Polşa
7. Bolonya, İtaliya
8. Faru, Portuqaliya
9. Buxarest, Rumıniya
10. Rotterdam, Hollandiya
Aktual.az
Xəbər 546 dəfə oxunub.