Avropada müsəlmanlara qarşı növbəti təxribat

Avropada müsəlmanlara qarşı növbəti təxribat
  • DÜNYA

Danimarkada mövzusu İslam peyğəmbəri həzrəti Muhamməd (əs) olan karikatura sərgisi açılıb.

Danimarkanın paytaxtı Kopenhagendə mövzusu İslam peyğəmbəri həzrəti Muhamməd (əs) olan karikatura sərgisi açılıb. ANS PRESS-in məlumatına görə, sərgi “Danimarkada İslamlaşmanı Dayandır” (SİAD) adlı təşkilat tərəfindən təşkil olunub. SİAD ABŞ-ın Teksas əyalətindən gətirdiyi karikaturaları polis nəzarəti altında və sadəcə mətbuata açıq nümayiş etdirir.

Məqsədlərinin bu sərginin xalqa nümayiş etdirmək olduğunu deyən SİAD sədri Anders Qravers polisin bu addımını etirazla qarşılayıb. Daha sonra mətbuata açıqlama verən Qravers ölkədə söz azadlığının təhlükədə olduğunu deyib.

Sərgi boyu 400 polis və xüsusi xidmət orqanı əməkdaşının gücləndirilmiş rejimdə təhlükəsizlik tədbirləri görməsi diqqəti cəlb edib.

Bölgədə SİAD əleyhindəşüarlar səsləndirən 3 qız isəpolisin kəskin müdaxiləsi ilə qarşılaşıb.

SİAD sərgini açmaq üçün iyun ayından bəri krallıq kitabxanası da daxil olmaqla Kopenhagendə bir çox yerə müraciət edib və etiraz cavabı almışdı.

Karikaturalar may ayında dərnəyin Amerika şöbəsi olan “Amerikada İslamlaşmağı Dayandır” qrupu tərəfindən Teksas əyalətinin Dallas şəhərində nümayiş olunmuşdu. Sərgi zalına hücum edən silahlı şəxs isə polis tərəfindən zərərsizləşdirilmişdi.

// Aktual.az

Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR