Avropada ciddi terror təhlükəsi - Metro bağlandı

Avropada ciddi terror təhlükəsi   - Metro bağlandı
  • DÜNYA

Belçikanın paytaxtında terror təhlükəsinin ən yüksək – dördüncü səviyyəsi elan edilib, metro bağlanıb və bütün kütləvi tədbirlər ləğv olunub.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Brüsselin burqomisteri İvan Mayer məlumat verib.

Brüsselin STIB nəqliyyat kompaniyası metro stansiyalarının bağlandığını təsdiqləyib, həmçinin tramvayların yer altından keçən marşrutlarında da gecikmələr ola biləcəyini bildirib.

Belçika federal polisi paytaxtda təhlükə səviyyəsinin artırılması səbəblərini şərh etməsə də, ümumilikdə ölkədə terrorun üçüncü səviyyəsinin saxlandığını deyib.

Son həftə ərzində Brüsseldə 30-dan çox antiterror reydi həyata keçirilib və 22 nəfər saxlanılıb. Onlardan 5-i həbs olunub, qalanları isə dindirildikdən sonra sərbəst buraxılıb.

Polis Paris terror aktlarında əli olanların, əsasən də hücumda iştirak edən yaraqlılardan biri Brahim Abdessalamın qardaşı Səlah Abdessalamın axtarışlarını davam etdirir. Onların hər ikisi Brüsselin şimal kommunası Molenbekdə yaşayırdı.

Xatırladaq ki, noyabrın 13-də Parisdə koordinasiya olunmuş silsilə terror aktları törədilib. Son məlumata görə, 130 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb. Bu, Fransada ən qanlı terror aktı kimi tarixə düşüb.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR