Avropa və Rusiyada qrip tutanların 80 faizi "donuz qripi"dir

Avropa və Rusiyada  qrip tutanların 80 faizi
  • DÜNYA

Bu il Avropa və Rusiyada qeydə alınan qrip viruslarının 80 faizi H1N1 virusunun və ya "donuz qripi"nin payına düşür.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəsmi saytında yerləşdirilib.

"Bütün A qrip viruslarının 80%-i A(H1N1)-in payına düşür. Səhiyyə işçiləri gənclərdə və ümumən sağlam adamlarda "ağır qrip" diaqnozu ehtimalına xüsusi diqqət yetirməli və müvafiq yardım göstərməlidir", - təşkilatın məlumatında deyilir.

ÜST-ün son monitorinqinin nəticələrinə əsasən, Ermənistan, İsrail, Türkiyə, Ukrayna və Rusiyada "donuz qripi" virusu ilə ağır xəstəlik və ölüm hallarına rast gəlinir.

Xəbər 235 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR