Avropa Ukraynada sülh istəmir - Siyarto

Avropa Ukraynada sülh istəmir - Siyarto
  • DÜNYA

Avropa Birliyi liderləri Ukraynadakı münaqişənin həlli üçün Budapeştdə Vladimir Putin və Donald Tramp arasında yeni görüşün keçirilməsində maraqlı deyillər.
Aktual.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Belarusun "Perviy İnformasiya" televiziya kanalına verdiyi müsahibədə bildirib.
O, Macarıstanın Ukrayna münaqişəsinə son qoymaq və qlobal təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan Rusiya-Amerika sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
"Lakin Avropa liderləri maraqlı deyil. Birincisi, danışıqlar Budapeştdə keçiriləcəyi üçün və siyasi baxımdan bu, onlar üçün çox xoşagəlməz olardı. Amma daha da əhəmiyyətlisi, onlar buna qarşı çıxırlar, çünki sülh sammiti sülhə ümid verir. Avropa liderləri də danışıqlar masasında olmadıqlarına görə məyusdurlar", - deyə xarici işlər naziri izah edib.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR