“Avropa Şurası Dağlıq Qarabağ münaqişəsini yerində araşdırmaqda maraqlıdır”

“Avropa Şurası Dağlıq Qarabağ münaqişəsini yerində araşdırmaqda maraqlıdır”

“Avropa Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən ciddi səylə araşdırılmasına başlanılır”.


Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

 

S. Seyidov qeyd edib ki, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volter martın 12-13-də Azərbaycana faktaraşdırıcı səfəri də məhz bu ciddi səylərin əsasında həyata keçirilir: “Nə qədər ermənilər buna qarşı çıxsalar da, əngəlləməyə çalışsalar da Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasında yeni ciddi səylə araşdırılmağa başlanılıb, gündəmə gətirilib”.

 

S. Seyidov qeyd edib ki, qurum problemi yenidən yerində araşdırmaqda maraqlıdır.

 

Qeyd edək ki, AŞPA Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volter martın 12-13-də Azərbaycana faktaraşdırıcı səfər edəcək.


Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR