Daha iki klub Avropa Super Liqasını tərk edib.
Aktual.az xəbər verir ki, İtaliya təmsilçiləri "Yuventus”la "Milan” da iştirakçılar sırasından ayrılıb. A Seriyası təmsilçiləri bununla bağlı rəsmi bəyanat da yayıb.
Qeyd edək ki, İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Mençester Siti", "Tottenhem", "Çelsi", İtaliyanın "İnter", İspaniyanın "Atletiko" klubları Avropa Super Liqasını tərk etdiklərini açıqlamışdılar. Turnirin yaradıcısı olan 12 klubdan yalnız ikisi - "Real”la "Barselona” iştirakçılar sırasında qalıb.
Xəbər 527 dəfə oxunub.