Yanvarın 22-də Avropa Parlamenti 562 lehinə, 9 əleyhinə və 57 bitərəf səslə İranda minlərlə etirazçının qətliamını pisləyib və İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terrorçu siyahısına daxil edilməsini təsdiq edib.
Aktual.az xəbər verir ki, bu barədə AP-nin yaydığı bəyanatda bildirilib.
"İranda minlərlə etirazçının qətliamı rejimin müxalifətçilərə qarşı repressiyaları və sistematik soyqırımının dəhşətli bir epizodudur", - Avropa Parlamentinin bəyanatında deyilib.
AP üzvləri hazırda həbsdə olan bütün etirazçıların, insan haqları müdafiəçilərinin və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıblar.
Parlament Avropa Birliyi Şurasını İslam İnqilabı Keşikçiləri Korpusunu, o cümlədən ona bağlı "Bəsic" və "Qüds” qüvvələrini dərhal terror təşkilatı kimi tanımağa çağırıb.
Xəbər 60 dəfə oxunub.