Avropa Oyunlarının mebelləri satılır? – RƏSMİ AÇIQLAMA

Avropa Oyunlarının mebelləri satılır?   – RƏSMİ AÇIQLAMA

Dünən sosial şəbəkələrdə ötən il Bakıda keçirilmiş Avropa Oyunlarının iştirakçılarının yaşadığı Olimpiya kəndindəki mebellərin satışı ilə bağlı xəbər yayılıb. Satış haqqında elanların skrin-şotları ilə əsaslandırılmış məlumatlar istifadəçilərin narazılığına səbəb olub.

Haqlı sual yaranıb: bəs 2017-ci ilin may ayında keçiriləcək İslam Oyunları necə olsun? Maliyyə böhranı dövründə həmin yarışlar üçün yeni mebellər alınacaq? Bəziləri hətta zarafatla bildirib ki, avropalıların yatdığı çarpayılar “halal” deyil və müsəlman idmançılar üçün yeni mebel alınmalıdır.

Aktual.az  fins.az-a istinadən bildirir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, satışa çıxarılan mebel Olimpiya kəndindən deyil, onun yaxınlığında yerləşən media kəndindəndir - burada xarici jurnalistlər yaşayırdı.

“İslam Oyunlarında media-kənd lazım olmayacaq. Jurnalistlər öz hesablarına hotellərdə qalacaqlar, - nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib. – Media-kəndin binaları icarəyə götürülmüşdü və icarənin müddəti bitib. Mebelləri boşaltmaq lazımdır və bunların 25%-i satışa çıxarılıb. Yerdə qalan hissəsi isə nazirliyin balansında olan Şüvəlandakı uşaq mərkəzinə və regionlara göndərilib”.

Xəbər 897 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR