"Avropa Oyunlarında hədəfimiz 35-dən çox medal qazanmaqdır" ​Türkiyə rəsmisi


"Bakı 2015" I Avropa Oyunlarında hədəfimiz 35-dən çox medal qazanmaqdır"."Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin Gənclik və İdman Nazirliyinin Beynəlxalq əlaqələr üzrə şöbəsinin sədri Ozan Çətinər söyləyib. 

O deyib ki, Azərbaycanı öz torpaqları kimi qəbul edirlər: "Türkiyə bir sıra idman oyunlarına ev sahibliyi etməyi bacarıb. Azərbaycanın da bu sahədə bacarıqlı olacağına əminəm. Burada ən yaxşı nəticə əldə etməyə çalışacağıq. Hədəfimiz 35-dən çox medal qazanmaqdır". 

Sinxron üzgüçü Laçın Akçal isə çox həyəcanlı olduqlarını və Avropa Oyunları üçün çox məşq etdiklərini vurğulayıb: "Bakıda olmağımız bizim üçün bir üstünlükdür. Burada özümüzü ölkəmizdəki kimi hiss edirik. Hamı türkcə danışır. Çox gözəl bir təşkilatçılıq olacağına inanıram. Medal qazanmaq uğrunda mübarizə aparacağıq". 

Xatırladaq ki, "Bakı 2015" I Avropa Oyunlarında Türkiyə 190 idmançı ilə çıxış edəcək.

Aktual.az

Xəbər 566 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR