Avropa Məhkəməsindən “erməni soyqırımı” ilə bağlı MÜHÜM QƏRAR

Avropa Məhkəməsindən “erməni soyqırımı” ilə bağlı   MÜHÜM QƏRAR

Ermənistana və “soyqırım”çı dövlətlərə SƏRT ŞİLLƏ

Avropa İnsan Haqları Məhkəməsi qondarma erməni soyqırımı iddiası ilə bağlı mühüm qərar qəbul edib.
AİHM 1915-ci ildə Osmanlıda baş verən hadisələrin “soyqırım” olmadığını dediyi üçün İsveçrə dövləti tərəfindən cəzalandırılan Türkiyənin Vətən Partiyasının sədri, ölkəmizdə də yaxşı tanınan Doğu Perinçeki haqlı hesab edən qərar qəbul edib.

Belə ki, AİHM İsveçrə dövlətinin çıxardığı qərarı haqsız hesab edib və D.Perinçekin “soyqırımı yoxdur” sözlərinin ifadə azadlığının tərkib hissəsi olduğunu bəyan edib.
Məhkəmə bu qərarı 7-yə 10 üstünlüklə çıxarıb. Qeyd edək ki, AİHM-in bu barədə qərarını bir neçə ay öncə versə də, İsveçrə dövləti apellyasiya vermişdi. Bu gün çıxarılan qərarla isə ilkin hökm bir daha təsdiqlənib.

Xatırladaq ki, İsveçrə “erməni soyqırımı”nı tanıyan dövlətlərdəndir. Bu ölkə ərazisində “erməni soyqırımı” yoxdur demək cinayət məsuliyyəti yaradır.\lent.az

Xəbər 790 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR