Bu gün Beynəlxalq Futbol Federasiyası (UEFA) 2019-cu ildə keçiriləcək Superkubok və Avropa Liqasının finalına ev sahibliyi edəcək şəhərləri açıqlayacaq.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Superkubokun final oyunu İstanbulda, Avrokubokun isə Bakıda keçiriləcək.
Türkiyənin "Beşiktaş" futbol klubunun yuvası olan "Vodafone Park" stadionu hər iki final oyununa ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü. Son dəqiqədə heç bir dəyişiklik olmasa, Bakı və İstanbul nəhəng oyunların finallarına ev sahibliyi edəcək.
Aktual.az
Xəbər 394 dəfə oxunub.