Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.
Bu komandalar arasında bir həftə öncəki qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Ona görə "qartallar"a mərhələ adlamaq üçün qolsuz heç-heçə də kifayət edir.
Səfərdən eyni hesablı heç-heçə ilə dönən İngiltərə "Mançester Yunayted"i və Almaniyanın "Borussiya" (Münhenqladbax) komandası ilə yanaşı, qələbə qazanmağı bacaran Belçikanın "Gent" və "Anderlext" komandaları da 1/4 finala vəsiqə baxımından üstünlüyə malikdirlər.
Avropa Liqası, 1/16 final, cavab görüşləri
16 mart
22:00. "Beşiktaş" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)
Baş hakim: Maykl Oliver (İngiltərə)
İstanbul, "Vodafone Arena"
İlk oyun - 1:1
22:00. "Krasnodar" (Rusiya) - "Selta" (İspaniya)
Baş hakim: Ruddi Buke (Fransa)
Krasnodar stadionu
İlk oyun - 1:2
22:00. "Genk" - "Gent" (Hər ikisi Belçika)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Genk, "Luminus Arena"
İlk oyun - 5:2
17 mart
00:05. "Borussiya" (Münhenqladbax) - "Şalke" (Hər ikisi Almaniya)
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Münhenqladbax, "Borussia-Park" stadionu
İlk oyun - 1:1
00:05. "Anderlext" (Belçika) - APOEL (Kipr)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Brüssel, "Konstant Vanden Stok" stadionu
İlk oyun - 1:0
00:05. "Ayaks" (Hollandiya) - "Kopenhagen" (Danimarka)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
"Amsterdam ArenA"
İlk oyun - 1:2
00:05. "Roma" (İtaliya) - "Lion" (Fransa)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
Roma, "Olimpiko" stadionu
İlk oyun - 2:4
00:05. "Mançester Yunayted" (İngiltərə) - "Rostov" (Rusiya)
Baş hakim: Gediminas Majeyka (Litva)
Mançester, "Old Trafford" stadionu
İlk oyun - 1:1
Aktual.az
Xəbər 509 dəfə oxunub.