"Qarabağ"ın üzvü Mateuş Koxalski UEFA Avropa Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçıların siyahısında qərarlaşıb.
Aktual.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytındakı statistik göstəricilərdə bildirilib.
24 yaşlı qolkiper 29 dəfə "seyv"lə yadda qalıb.
Koxalski bu göstəriciyə görə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, birinci yerdə "Elfsborq"un (İsveç) qolkiperi İsak Pettersson yer alıb.
Xəbər 47 dəfə oxunub.