Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının aradan qaldırılması yollarını müzakirə edəcəklər.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Anqela Merkel Avropa İttifaqının miqrasiya böhranı ilə bağlı fövqəladə sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Bununla əlaqədar oktyabrın 5-də Avropa Komissiyası və Avropa Şurasının rəhbərləri Belçikanın paytaxtında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəklər” - deyə A.Merkel bildirib.
// Aktual.az