Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Federika Moqerini fevralın sonu, martın əvvəlində Azərbaycana səfər edəcək.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard deyib.
Onun sözlərinə görə, tərəflər hələ səfərin proqramını müzakirə edirlər.
F.Moqerini turne çərçivəsində Aİ üçün vaciblik baxımından əsas ölkələrə səfər edəcək.