Avropa İttifaqı 2016-cı ildə Suriya və qonşu ölkələrə 3 mlrd avro həcmində yardım ayıracaq.
Aktualaz APA-ya istinadən bildirir ki, bu barədə Aİ Şurasının sədri Donald Tusk Suriya üzrə donor konfransda çıxışı zamanı bildirib.
"Avropa İttifaqı cari ildə Suriya, İordaniya, Türkiyə və Livana 3 mlrd avrodan çox maliyyə yardımı ayıracaq", - deyə Tusk bildirib.
Aİ Şurasının sədri əlavə edib ki, Aİ 2017-ci ildə maliyyələşdirilməni qeyd olunan səviyyədə saxlamaq niyyətindədir.
Donald Tuskun sözlərinə görə, Suriyada münaqişə başlayandan bu vaxtadək Aİ böhranın nizamlanmasına, ümumilikdə, 5 mlrd avro yardım ayırıb.