Avropa İttifaqı ölkələri 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalının qadağan edilməsini təsdiqləyib.
Aktual.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Qeyd edək ki, qanuna əsasən Avropa İttifaqı 2026-cı ilin sonuna qədər Rusiyada mayeləşdirilmiş təbii qaz, 2027-ci il sentyabrın 30-na qədər isə boru xətti vasitəsilə təbii qaz idxalını dayandıracaq.
Macarıstan sözügedən qərara etirazını bildirib və məsələni Avropa Ədalət Məhkəməsində qaldırmağı planlaşdırır.
Xəbər 52 dəfə oxunub.