"Avropa İttifaqı Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır" - Malena Mard


"Avropa İttifaqı Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır".

Aktual.az APA-ya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ADA Universitetində 2-ci Aİ-Azərbaycan Biznes Forumunda deyib. O bildirib ki, 25 ildir, Aİ-Azərbaycan əməkdaşlığı davam edir: "Bu əlaqələr gündən-günə inkişaf edir. Azərbaycan qədim və zəngin ənənələri olan ölkədir. Azərbaycanda bir sıra iqtisadi islahatlar aparılır. Ölkə iqtisadiyyatını diversifikasiya etmək istiqamətində cəhdlər artır. Bu, bazara marağı olan Avropa şirkətləri üçün daha çox imkan yaradır. Avropa İttifaqı ölkədə ümumi ticarətin 44 faiz pay sahibidir. Azərbaycana birbaşa xarici investisiyanın ən böyük hissəsini təşkil edir. Aİ islahatların aparılması istiqamətində hökumətin göstərdiyi cəhdləri dəstəkləməyə hazırdır. Bu biznes forum şirkətlər arasında şəbəkələşməni və əlaqələri artıracaq, ticari-iqtisadi əlaqələri daha da dərinləşdirəcək. 300-ə yaxın Avropa şirkəti bu tədbirdə iştirak edir. Ümid edirəm ki, bu təşəbbüslər növbəti illərdə davam edəcək. Azərbaycanla ticarət və iqtisadi əlaqələrin inkişafına daim öz töhfəmizi verməyə hazırıq".

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR