Avropa Gürcüstanı bununla şantaj edir - Kobaxidze

Avropa Gürcüstanı bununla şantaj edir - Kobaxidze
  • DÜNYA

Tədqiqatlar ölkənin inteqrasiyaya hazır olduğunu sübut etsə də, Avropa Gürcüstanı ikinci cəbhə açmaqdan imtina etdikdən sonra AB-yə üzvlüklə şantaj etməyə başlayıb.
Aktual.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"2022-ci ildə biz müharibəyə qoşulmaqdan imtina etdik və bundan sonra tamamilə eşidilməmiş şantaj başladı. Əvvəla, bizə heç bir əsas olmadan namizəd statusu verilmədi, sonra da dəfələrlə Gürcüstanın bütün namizəd ölkələr arasında ən qabaqcıl olduğunu etiraf etdilər", - Kobaxidze deyib.
Onun sözlərinə görə, avropalı siyasətçilər Gürcüstanda nifrət yaratmaq üçün hər şeyi edirlər.
Xəbər 105 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR