Avropa dövlətləri Ərdoğanı dəstəkləyir

Avropa dövlətləri Ərdoğanı dəstəkləyir

Böyük Britaniya Türkiyədə demokratik yolla seçilmiş hökuməti dəstəkləyir.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu bardə Böyük Britaniyanı xarici işlər naziri Boris Conson Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında deyib.

Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefen Zaybert ölkəsinin Türkiyədə demokratik qaydalara hörmət etməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində 90 nəfər həlak olub, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 1563 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayı isə 700 nəfərə çatıb.

Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR