Avropa çempionumuza qarşı hörmətsizlik - BUNU DA ETDİLƏR

Avropa çempionumuza qarşı hörmətsizlik  - BUNU DA ETDİLƏR

Kyokuşinkay kontak karate üzrə Avropa Çempionu, I dan Qara kəmər sahibi, I dərəcəli idmançı Lamiyə Məmmədova işdən azad edilib.

Bu barədə aznews.az-a idmançı özü məlumat verib. Onun sözlərinə görə, Ankara məktəbi” məktəb-liseyindəki işindən qanunsuz olaraq çıxarılıb.

Belə ki, L.Məmmədova 2004-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra “Ankara məktəbi” məktəb-liseyində fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərib. Lakin 2015-ci ildə məktəbin direktoru Səmayə Eynullayeva tərəfindən işinə xitam verilib.

İdmançı xəstəxanaya müalicə almağa getdikdən sonra məktəbə qayıdanda belə bir halla üzləşdiyini deyir: “Mən fiziki tərbiyə müəllimi kimi 23 noyabr 2015-ci il tarixdə məktəbin tabel cədvəlinə imza atmışam. 24.11.15-ci il tarixdən 05.12.15-ci il tarixədək 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasında KRX Trakebron diaqnozu ilə müalicə almışam. Mənə müvafiq olaraq adıçəkilən xəstəxanada əmək qabiliyyətimin olmaması (işdən azad edilmə barədə göstəriş ) barədə SN 00005 № 161039 saylı xəstəlik vərəqəsi verilib. Lakin 5 dekabr 2015-ci il tarixdə işlədiyim “Ankara məktəbi” məktəb-liseyə gələrək xəstəlik vərəqəsini məktəbin direktoru Səmayə Eynullayevaya təqdim etdim. O isə bildirdi ki, “mən səni artıq işdən azad etmişəm, gəlib əmrin surətini və digər sənədləri götürərsən””.

Avropa çempionu bildirir ki, direktor onu işdən azad edərkən Pedaqoji Şuranın və Həmkarlar Komitəsinin iclaslarında qəbul edilən qərarları əsas göstərib ki, sözügedən heç bir iclas keçirilməyib: “23 noyabr 2015-ci il tarixli 143 nömrəli əmrə əsasən 16-20 noyabr tarixlərində üzrsüz olaraq iş buraxdığım səbəbindən məni saxta sənədlərlə işdən azad edən S.Eynullayeva əmrdə əsas kimi, 20.11.2015-ci il tarixli Pedaqoji Şuranın 2 nömrəli qərarını və 23.11.2015-ci il tarixli Həmkarlar Komitəsinin 4 nömrəli qərarını göstərib. Halbuki sözügedən iclaslar keçirilməyib. Çünki məktəbin Həmkarlar Təşkilatının sədri olduğu söylənilən Sadıqova Südabə Cəlil qızı ibtidai sinif müəlliməsi kimi həmin vaxt dərsdə olmalı idi. Həmçinin guya həmin iclasda iştirakçı kimi adları çəkilən Nurlana Umudova, Aynur Quliyeva, Nəzirə Məmmədova, Ülviyyə Hacıyeva, Mətanət Şahbazova, Həqiqət Məmmədova da həmin vaxt dərsdə olmalı idilər”.

İdmançını işdən azad edən direktor onu əmək kitabçasını korlamaqla hədələyib: “Səmayə Eynullayeva şəxsi qərəzinə görə məni işdən azad etməklə adıçəkilən müəllimələri də öz saxtakar hərəkətlərinə alət edib. Mən artıq onunla işləməyin mükün olmadığını dərk edərək öz ərizəmlə işdən azad olunmağımı xahiş etsəm də, o əmək kitabçamı korlayacağını bildirdi”.

Qaydasız döyüş üzrə 5 dəfə respublika çempionu, 2000-ci il tarixdə Bakı şəhərində keçirilən Avropa çempionatında isə I yer tutaraq Avropa Çempionu olan Lamiyə Məmmədova Heydər Əliyev fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya müraciət edib: “Hörmətli Mehriban xanım, xahiş edirəm bir idmançı və bir ana kimi mənim hüquqlarımın bərpa olunmasına kömək edin”.

Avropa Çempionunun hüqularını müdafiə edən hüquşünas Səməd Vəkilov isə sözügedən məsələ ilə bağlı AzNews.az-a açıqlama verərək bildirdi ki, Lamiyə Məmmədovanın işdən azad olunması tamamilə qanunsuzdur: “Lamiyə Məmmədova işdən azad edildiyi söylənilən gün məktəbin tabel cədvəlinə qol çəkib. Bundan başqa işdən çıxarılma əmrində istinad olunan yerli həmkarlar təşkilatının iclası keçirilməyib. Məhkəmə araşdırması zamanı məlum oldu ki, özünü Həmkarlar Təşkilatının sədri kimi təqdim edən Südabə Sadıqova və digər müəllimlər həmin vaxtı dərsdə olamlı idilər. Bundan başqa, mən şəxsən məhkəmə prosesindən qabaq həmin məktəbdə olmuşam. Məktəbin bir neçə əməkdaşından Həmkarlar Təşkilatının sədrinin kimliyini soruşduqda orada belə bir adamı tanıyan olmayıb”.

Vəkil bildirib ki, məsələ ilə bağlı dəfələrlə təhsil naziri Mikayıl Cabbarova müraciət olunsa da, nəticəsi olmayıb.

Fuad Talışınskinin icraatında olan iş üzrə növbəti məhkəmə prosesi sabah Apellyasiya məhkəməsində keçiriləcək.

// Aktual.az

Xəbər 3006 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR