Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Avropa çempionu
  • İDMAN

MMA döyüşçüsü Əli İsayev "Bellator"da Azərbaycan bayrağı altında çıxış edəcək.
Aktual.az-ın "Report"a istinadla məlumatına görə, bu barədə 31 yaşlı idmançı "Match TV"yə açıqlama verib.
İsayev bildirib ki, artıq ona Azərbaycan pasportu ilə viza açılıb: "Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza verməyəcəkdilər".
Qeyd edək ki, Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu ildə Azərbaycan millisinin heyətində 120 kq çəki dərəcəsində Avropa çempionluğunu qazanıb.
İdmançının "Bellator"da ilk rəqini ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev bundan əvvəl keçirdiyi 9 döyüşün hamısında qələbəni bayram edib.


Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR