2018-ci ildə ağırllıqaldırma üzrə Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirilib.
Aktual.az report-a istinadən xəbər verir ki, qitə birinciliyi Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq.
Martın 23-dən aprelin 1-dək keçiriləcək yarışın öncədən təyin olunduğu kimi Türkiyənin Antalya şəhərində baş tutmamasına səbəb bu ölkənin Dünya Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsidir.
Qeyd edək ki, IWF İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş iclasında Türkiyə ilə yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub. Buna səbəb sözgedən ölkələrin 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarında dopinq-testin təkrar analizlərinin müsbət nəticə verməsidir.
Aktual.az
Xəbər 445 dəfə oxunub.