Avronun bahalaşma səbəbləri açıqlandı

Avronun bahalaşma səbəbləri açıqlandı

Dünya bazarlarında iki gündür ki, avronun qiymətində qeyri-stabillik müşahidə olunmaqdadır. 

Aktual.az Fins.az-a istinadən xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib ki, buna səbəb, ilk növbədə, İtaliyada keçirilən referendum seçkiləri ilə əlaqədardır. 

Belə ki, seçkilər nəticəsində İtaliya da Böyük Britaniyanın davamçısı ola bilərdi, yəni, Brexit yolunu seçə bilərdi. Bu da Avropa İttifaqının mövcudluğunu sual altına salardı.

Lakin İtaliyada ilkin seçkilərin nəticəsi və İtaliyanın Avropa İttifaqını tərk etməyəcəyi bəlli olduğundan sonra avronun qiymətində artım müşahidə olunmaqdadır.  

İqtisadçı-ekspert qiymət artımının tezliklə stabilləşəcəyini proqnoz edir. Bundan başqa, dünya bazarlarında neftin qiymətində artımın müşahidə olunması dolların nisbətən ucuzlaşmasına səbəb olub ki, bu da avronun qiymətinə öz təsiri göstərib.

V.Bayramovun fikrincə, avronun gələcək məzənnəsi İtaliya və İspaniyada siyasi vəziyyətlərdən asılı olacaq.  

Qeyd edək ki, bir müddət öncə Donald Trampın ABŞ-da prezident seçilməsi və ABŞ-ın federal rezerv sistemlərinin artırılması dolların dünya bazarlarında möhkəmlənməsinə səbəb olmuşdu. 
Nəticədə də avro bir qədər ucuzlaşmışdı.

Məhz buna görə də avronun öz mövqelərini yenidən möhkəmlədəcəyi gözlənilən idi. Bu gün Azərbaycanda da avronun məzənnəsi 2%-ə yaxın bahalaşaraq 1,8651 manat olub.
 
Aktual.az
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR