2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar məşq üçün icazə verilib.
Bu barədə "Report"a "Neftçi"nin Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi bütün klubları məlumatlandırıb. Komandalar sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə avrokuboklara hazırlaşa biləcəklər.
"Neftçi" rəsmisi Qəbələdə hazırlıq keçmək istədiklərini əlavə edib.
Qeyd edək ki, yeni mövsümdən "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak edəcək.
Xəbər 474 dəfə oxunub.