Avro-2024-də iştirak edən komandaların qazancı...

Avro-2024-də iştirak edən komandaların qazancı...

Avro-2024-də çıxış edən bütün millilərə iştirak üçün 9.25 milyon avro ödənilib.
Aktual.az xəbər verir ki, futbol üzrə Avropa Çempionatında (Avro-2024) iştirak edən komandalara paylanacaq ümumi pul mükafatının (331 milyon avro) 28 milyon 250 min avrosunu çempion İspaniya qazanıb.
Turnirdə komandalara 9 milyon 250 min avro iştirak haqqı ödənilib və qrupdakı hər qələbəyə görə 1 milyon avro verilib.
Qrupdan çıxan 16-lığa düşən komandalar əlavə 1.5 milyon avro, 1/4 finala yüksələnlər əlavə 2.5 milyon avro mükafata layiq görülüblər. Yarımfinal iştirakçıları isə əlavə 4 milyon avro mükafat əldə ediblər. Avro-2024 çempionuna 8 milyon avro əlavə ödəniş edilib.
Beləliklə, çempion İspaniya ümumilikdə 28 milyon 250 min avro mükafat qazanıb.
Türkiyə seçməsi isə 1/4 finalda Niderlanda məğlub olsa da, 15 milyon 250 min avro mükafat alıb.
Qeyd edək ki, ikinci yerin sahibi İngiltərə millisi 24 milyon 250 min avro qazanıb.
Xəbər 215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR