AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq

AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
  • İDMAN

 Bu gün 21 yaşadək futbolçular arasındaAVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq.


"Report” xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 12:00-da start götürəcək tədbirdə Azərbaycan yığmasının da rəqibi müəyyənləşəcək. 

Püşkün proseduruna əsasən, 53 yığma UEFA əmsallarına uyğun olaraq 6 səbətə bölünüb. Milli komanda Şimali İrlandiya, Albaniya, Moldova, Litva, Qazaxıstan, Latviya, Ermənistan və Kipr kollektivləri ilə birgə E səbətində yer alıb:

A səbəti: Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Danimarka, Fransa, İtaliya, Serbiya, Xorvatiya

B səbəti: Avstriya, İsveç, Belçika, Slovakiya, Polşa, Rumıniya, Çexiya, Hollandiya, İsrail

C səbəti: Yunanıstan, Ukrayna, Norveç, Rusiya, Türkiyə, İslandiya, Uels, İsveçrə, Monteneqro

D səbəti: Bolqarıstan, Finlandiya, İrlandiya, Gürcüstan, Kosovo, Şotlandiya, Makedoniya, Belarus, Bosniya və Herseqovina

E səbəti: Şimali İrlandiya, Albaniya, Moldova, Litva, Qazaxıstan, Latviya, Azərbaycan, Ermənistan, Kipr

F səbəti: Lüksemburq, Malta, Estoniya, Farer adaları, Cəbəllütariq, Andorra, San-Marino, Lixtenşteyn

Püşk komandaları səkkizində 6, birində isə 5 komandanın yer alacağı 9 qrupa böləcək. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.

Seçmə mərhələnin oyunları 18 mart 2019-cu ildə start götürəcək və 13 oktyabr 2020-ci ildə yekun vurulacaq. Pley-off oyunları 2020-ci il 9-17 noyabrda olacaq. Final mərhələsi isə 2021-ci ilin iyununda keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, İspaniya Cəbəllütariq, Kosovo isə Serbiyə ilə eyni qrupa düşə bilməz. 

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR