"Adidas" şirkəti Fransada keçiriləcək Avropa çempionatının (Avro-2016) rəsmi topunu təqdim edib.
Trend "Adidas"ın "facebook" səhifəsinə istinadən məlumat verir ki, top "Beau Jeu" (gözəl oyun) adlanır.
Xatırladaq ki, Avro-2016 gələn il 10 iyun - 10 iyul tarixlərində keçiriləcək.