Bu "Avro-2016"nın yarımfinal mərhələsinə start veriləcək.
Aktual.az qol.az-a istinadən bildirir ki, keçiriləcək bir oyunla ilk finalçının adı bəlli olacaq.
Final uğrunda Portuqaliya və Uels milliləri qarşılaşacaq.
Kriştianu Ronaldonun kapitan olduğu Portuqaliya millisi buna qədər keçirdiyi beş oyunun heç birində 90 dəqiqədə qalib gələ bilməyib. Portuqaliyalılar heç məğlub da olmayıb.
İlk dəfə Avropa çempionatının final mərhələsində iştirak edən Uels millisi isə daha inamlı təsir bağışlayır.
Qeyd edək ki, digər yarımfinal oyunu sabah Almaniya və Fransa milliləri arasında keçiriləcək.
6 iyul
"Avro-2016", yarımfinal
23:00. Portuqaliya - Uels
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Lion. Lion stadionu
7 iyul
23:00. Almaniya - Fransa